SON XƏBƏR

“Orqanların satışı ilə bağlı yayılan məlumatlar yoxlanılır, amma təsdiqini tapmır” - Vilayət Eyvazov

May 03
17:48 2019
"Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük”.

Qlobal.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin I müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb: 

"Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook