SON XƏBƏR

Orduxan Teymurxan axtarışa verildi

Dekabr 07
12:34 2018
Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb. 

Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Modern.az xəbər verir ki, bu barədə "Azadlıq” radiosuna prokurorluqdakı mənbədən bildirilib.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra şəxslər, o cümlədən sosial şəbəkələrdə "Orduxan Teymurxan” adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb”.

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsindəki mənbə də "Azadlıq” radiosuna xəbəri təsdiqləyib.

Qanunda blogerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook