SON XƏBƏR

Ordumuzun sualtı atәş açan avtomat silahı

Avqust 28
09:13 2019
Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə sualtı atəş açan avtomat silahını nümayiş etdirib.

Trend-in məlumatına görə, AKS tipli silah Rusiya istehsalıdır. 5,66 mm çaplı avtomatın çəkisi 3,14 kiloqramdır. Silahın darağı 26 güllə tutur, patronları digər silah növlərinin patronlarından fərqli və uzundur.

Silah suyun altında 11 metr dərinlikdə 40 metrə qədər, 20 metr dərinlikdə 20 metrə qədər, 40 metr dərinlikdə isə 11 metrlik məsafədə hədəfi məhv edə bilir. Quruda isə 30 metrlik məsafədə düşməni öldürə bilir.

Silah Azərbaycan Dövlət Sərhəd Xidmətinin istifadəsindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook