SON XƏBƏR

Oqtay Gülalıyev yenidən əməliyyata alındı

İyun 26
00:20 2020
Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyata alınıb.

Bu barədə onun ailə üzvləri məlumat veriblər.

"Bu gün atam Oktay Gülalıyev baş nahiyyəsindən növbəti dəfə əməliyyat olunur. Belə ki, ilk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq".

Xatırlatmaq üçün qeyd edim ki, artıq 4-cü əməliyyatdır və məlum qəzadan 8 ay keçməsinə baxmayaraq hələ də atamın bu durumda olmasına səbəb olanlar cinayət məsuliyyətinə cəlb olunmayıblar. İstintaq işini aparan müstəntiqi işdən çıxarıblar. Həmçinin vəkil Fuad Ağayev`in City hospitalda atamın əməliyyatının gecikdirilməsi ilə bağlı verdiyi vəsadətnamələri qəbul etməyiblər. Məhkəmə prosesini bilərəkdən uzadırlar.

Dəstək olan hər kəsə ailəmiz adından təşəkkür edirəm!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook