Ombudsmanın Gəncə regional mərkəzi “Müsəlman Şərqində ilk Demokratik Respublika” mövzusunda tədbir keçirilib
Fevral 09
00:39
2018
08.02.2018-ci il tarixdə Gəncə
regional mərkəzi tərəfindən Nafatalan şəhər İcra Hakimiyyəti ilə birgə "2018-ci
il Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə, bələdiyyə, QHT sahələrində
çalışan fəal gənclərin iştirakı ilə "Müsəlman Şərqində ilk
Demokratik Respublika” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə
açan Nafatalan
şəhər İcra Hakimiyyətinin əməkdaşı Ədilov Şahmar Nazim oğlu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinin ölkə səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq
Ombudsman aparatının əməkdaşlarına bu istiqamətdə tədbir keçirtdiklərinə görə
təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Ombudsmanın Gəncə
regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli
sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilmişdir. Həmin sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100-cü ildönümü ilə əlaqədar bu il ölkədə və ölkə xaricində silsilə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ombudsman təsisatı da
"Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində müsəlman şərqinə hüquqi
demokratik quruluşu ilə örnək olmuş Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquqları
baxımından mütərəqqi tarixi fəaliyyəti, eləcə də müasir Azərbaycan
respublikasında insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata
keçirilən işlər barədə əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif
mövzularda tədbirlər həyata keçirməkdədir. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılmasının
məhz Ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Səbuhi
Abbasov bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin
paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldıldığını, onların
xatirəsinin əbədiləşdirildiyini, adlarına küçə, prospekt və qəsəbələr
salındığını, görkəmli xadimlər haqqında sənədli filmlər çəkildiyini, xarici ölkələrdəki
məzarlarının abadlaşdırıldığını diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Xalq
Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir çox mütərəqqi demokratik
qərarların qəbul olunduğu, müsəlman şərqində ilk demokratik respublika
qurulduğu vurğulanmış, 1918-1920-ci illəri əhatə edən şərəfli tariximizin
öyrənilməsinin əhəmiyyəti önə çəkilmişdir.
Qlobal.Az