SON XƏBƏR

Oğluna yarımmilyonluq maşın alan İcra başçısı barədə şok detallar: Milyonları necə qazanıb? (FOTO)

May 06
15:09 2020
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar dəyərində olan  "Mercedes Benz G-63 AMG”  markalı avtomobil alıb. 
 
Məlumata görə icra başçısının hazırda Vergilər nazirliyində çalışan oğlu işə bu avtomobili ilə gedib gəlir. 
 
Qlobal.az xəbər verir ki, günün müzakirəsinə çevrilən xəbərə ictimaiyyətin tanınmış nümayəndələri mövqe bildirməkdədirlər. 
 

 
Milli Məclisin deputatı Vahid Əhmədov Qaynarinfo-ya açıqlamasında avtomobilin korrupsiya yolu ilə alındığını deyib: "O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.
 
Oğluna yarımmilyonluq avtomobil alan icra başçısını tənqid edənlərlə yanaşı, müdafiə edənlər də var.
 

 
Sosial şəbəkədə iqtisadçı-ekspert Qulu İbrahimli Rəcəb Babaşovu müdaifə edərək status paylaşıb. Q. İbrahimli bir zamanlar Rəcəb Babaşovla Vergilər nazirliyində bir yerdə çalışdığını qeyd edərək onun İcra başçıları arasında ən yaxşısı olduğunu qeyd edib: "Heç bir qazaxlı deyə bilməz ki, icra başçısı Rəcəb Babaşov ondan rüşvət alıb. Vergidə bir yerdə işlədiyim Rəcəb Babaşovun Qazax rayonundakı fəaliyyəti barədə məlumatlıyam. Onun kimdənsə pul almadığına əmin olmasaydım, bu statusu yazmazdım. Onun əvvəldən öz biznesi olub. Qanunu yaxşı bilirəm. Azərbaycan reallıqlarını da. Müqayisədə, nisbətdə fikir bildirirəm. Təbii, ideal insan yoxdur. Amma müqayisə ilə hər kəsin ədalətli haqqını özünə vermək lazımdır. Rəcəb mövcud icralar içində ən yaxşısıdır".
 
Qlobal.az Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında maraqlı məlumat əldə edib. Məlumata görə 2016-cı ildə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rəcəb Babaşov uzun müddət Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı ilə quda olduğu deyilən Rəcəb Babaşovun Bakıda və Sabirabadda xeyli sayda obyektləri var. 
 
İddialara görə Rəcəb Babaşov sahib olduğu kapitalı Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olduğu dövrdə toplayıb. 
 
Xatırlayaq ki, ötən il Rəcəb Babaşovun dəyəri 200 min manat olan Range-Rover avtomobili olması barədə də məlumatlar yayılmışdı. 
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook