SON XƏBƏR

Olimpiyada da iştirak edən komandamıza cadu olunub?- ŞOK İDDİA

Avqust 15
00:06 2016
Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının artıq 10-cu günü geridə qaldı.
 
Qeyd edək ki, Rio de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları ən maraqsız Olimpiya Oyunları kimi tarixə düşməkdədir. Braziliya dövləti bu tədbirə ciddi hazırlaşsa da xalqın intellektual və mədəni səviyyəsinin aşağı olması dünyanın ən möhtəşəm idman tədbirinə öz solğun möhürünü vurmaqdadır.
 
Dünya mediasının yazdığına görə, paytaxt Rio de Janeyroda yerli polisin məlumatına görə, 200 mindən artıq cibgir var. Demək olar ki, paytaxt polisi bu cibgirlərə qarşı mübarizə aparmaqda çətinlik çəkirlər. Olimpiya oyunlarında iştirak etməyə gəlmiş ölkələrin komandaları oyun zallarından qaldıqları otellərə təhlükəsizlik qüvvələrinin nəzarəti altında gedirlər. İdmançılara və azarkeşlərə otellərdən küçələrə çıxmaq qadağan edilib.
 
Bu cür mühitdə keçirilən XXXI Yay Olimpiya Oyunları il bağlı daha bir skandal yaradacaq xəbər yayılıb. 
 
Polşanın "Star Poludnovıy" qəzetinin yazdığına görə, komandalarının XXXI Yay Olimpiya Oyunlarında zəif iştirakına səbəb komandalarının üzvlərinə edilən cadudur. Qəzetin yazdığına görə, Rio de Janeyronun küçələrində qara magiyalardan istifadə edən yüzlərlə falçı fəaliyyət göstərir. Onlar pul qarşılığında idmançılara uğur və yaxud məğlubiyyət gətirəcək tilsimlər edirlər.
 
Qəzet daha sonra yazır ki, Polşanın milli komandasına "məğlubiyyət" gətirəcək qara magiya tilsiminin sifarişçisi Rusiya dövlətidir. 
 
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın milli komandası da əvvəlki Olimpiya oyunları ilə müqayisədə olduqca zəif oyun nümayiş etdirir. Sanki komandamızda qəribə ruh düşkünlüyü var. "Star Poludnovıy" qəzetinin yazdığı kimi bəlkə bizim komandamıza da "məğlubiyyət" gətirən tilsim olunub?!
 
Məsələ ilə bağlı Gənclər və İdman nazirliyi ilə əlaqə yaratmaq istəsək də qeyri iş günü olduğundan zənglərimizə cavab verilmədi.
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook