SON XƏBƏR

Obamanın sevgi məktubları üzə çıxdı

Oktyabr 20
15:37 2017
ABŞ-ın sabiq prezidenti Barak Obamanın universitet illərində sevgilisinə yazdığı məktublar üzə çıxıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1980-ci illərdə Aleksandra Makniəyə yazılmış 30 səhifəlik 9 məktub 2014-cü ildən bəri Atlantada yerləşən Emori Universitetinin arxivlərində saxlanılır. Məzmunu ictimaiyyətə yeni təqdim edilən məktublar 1982-1984-cü illərdə Kolumbiya Universitetindən məzum olandan dərhal sonra yazılıb. Obamanın Makniəyə yazdığı məktubunda bu cümlələr yer alıb: 
 
"Səni tez-tez düşünürəm, hisslərimlə bağlı bəzi məsələlərdə əmin olmasam da. Görünür sahib olmayacağımız şeyi həmişə istəyəcəyik, bizi bağlayan və bizi ayıran da budur."
 
1982-ci il sentyabr: "Yalnızlıq hisslərimin öhdəsindən gəlməyim üçün tək yoldur, bütün adətləri, mərtəbələri aradan qaldırmaq, mənimkiləri onlarınkı, onlarınkını mənimki etməkdir. Tək başına olanda bunları qəbul etmək mümkün deyil."
 
1983-cü il iyun, İndoneziya: "Bu dildə hələ də normal danışa bilmirəm. Təəccüb, fərqlilik və istehza ilə qarşılaşıram, çünki amerikalyam. Pul və təyyarə biletimin məni Amerikaya aparması qaranlığıma qalib gəlir, köhnə və palçıqlı yollar məni sınıq-sökük evlərə, köhnə yollarıma aparır."
 
1983-cü il noyabr, Nyu York: "İctimai təşkilatlarda maaşlar həyatda qala bilmək üçün çox aşağıdır, bu səbəbdən bir il daha bilinən işlərdə çalışmaq və pul yığmaq istəyirəm."
 
1984-cü il aprel, Nyu York: "Fikirlərim məktəb dövründəki kimi deyil, lakin daha az müşahidəçi və daha çox iştirakçı olmaqla faydalı nələrsə etmək olar."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook