SON XƏBƏR

“O səs Türkiyə”dən uzaqlaşdırılan azərbaycanlı ifaçılar: Videolarımızı silməyə başlayıblar - (VİDEO, FOTO)

Yanvar 09
02:00 2017
Azərbaycanlı ifaçıların "O səs Türkiyə" yarışmasından uzaqlaşdırılması ölkəmizdə böyük ajiotaja səbəb olub. 

Musavat.com-a daxil olan məlumata görə artıq 5 ən yaxşı azərbaycanlı ifaçı gözlənilmədən layihədən kənarlaşdırılıb. Məsələyə aydınlıq gətirmək üçün yarışmadan kənarlaşdırılan ifaçıların bəziləri ilə əlaqə saxladıq. 

İtaliyadan "O səs Türkiyə" yarışmasına qatılan, ifası ilə münsifləri heyran qoyan Nofəl Aslanov hələ də nə baş verdiyini anlamadığını bildirib: "Bizim layihədən gözlənilmədən uzaqlaşdırılmağımız həm "Acun media", həm də müğənni Hadisənin tələbələri üçün çox anı oldu. Proqnoz bu idi ki, mən finala qədər gedim. Amma sonra gördük ki, belə deyil. Hələ də elə bilirəm ki, yuxudayam. Təsəvvür edin, Hadisənin qrupunda 84-cü adam idim. Səhər saat 10-dan, axşam saat 10-a qədər məşqdə oldum. Amma məni canlı efirə buraxmadılar. Çünki canlı efirə çıxsaydım, onlar məni çətin ki, kənarlaşdıra bilərdilər".

Nofəl Aslanov iştirakçıların internet resuslarındakı videolarının silinməsini təsdiqləyib: "Mənim ifamla bağlı olan videoya 3 gün ərzində 200 mindən çox baxış olmuşdu. Həmin video silinib. Bu məsələ hələ ki, mənim üçün qaranlıq qalıb. Olanlar barəsində isə bizə heç bir izahat verməyiblər".

Vokal ifası ilə "O səs Türkiyə" də möhtəşəm performans göstərən Gülşən İbadova azərbaycanı iştirakçəlara qarşı haqsızlıq edildiyini deyib: "Hələ ilk ifamda mənim mikrofonuma müdaxilə olunmuşdu. Ritm həmin ritm deyildi. Qəsdən elə sürətli ritm verilmişdi ki, mahnı heç 30 saniyə çəkməmişdi. İki dəqiqəlik mahnın 30 saniyəyə necə bitmişdi bilməmişdim. Biz çox psixoloji sarsıntı keçirirdik, ona görə ki, "Youtube"da baxış sayına görə rekord qıran videolarımızı "Acun media" silirdi. Bütün azərbaycanlıları bir qrupa salıb bizi qəsdən kənarlaşdırdılar. Səhnədən uzaqlaşdırılanda kənardan elə görünürdük ki, sanki biz onlara düşmənik. Mən səhnədə onlara öz sözümü demişəm. Yəqin ki, o hissəni videodan montaj edib kəsərlər. Bizi pis göstərmək üçün əllərindən gələni etdilər. Səhnədə qarşılanmaqları, yola salmaqları, bütün davranışları bizə qarşı idi. Bizim səsimizdən şou edib, özlərinə reytinq qazanıb, sonda bizi bu şəkildə layihədən kənarlaşdırdılar". 

Qeyd edək ki, "O səs Türkiyə" yarışmasından 5 ən güclü azərbaycanlı ifaçı gözlənilmədən kənarlaşdırılıb. Onlar Gülşən İbadova, İlham Nəzərov, Zülfü Əsədov, Müşfiq Əliyev və Nofəl Aslanovdur.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook