SON XƏBƏR

Ünvanlı dövlət sosial yardımı almaq istəyənlər: Müraciət qaydaları dəyişir

İyul 18
15:52 2018
Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət qaydalarında dəyişiklik təklif edilib.

Bu barədə virtualaz.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Bildirilib ki, sosial yardım üçün elektron müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması prosedurunun ləğvi ilə bağlı təkliflər hazırlanıb. Bununla da, ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək.

Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq. Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook