SON XƏBƏR

“Nüvə silahından imtina etmək mümkün deyil”

Mart 28
10:58 2017
Hazırda nüvə silahından imtina etmək mümkün deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

"Təbii ki, mən ailəmin nüvə silahından azad dünyada yaşamasını istəyirəm. Lakin biz realist olmalıyıq. Bu gün Şimali Koreyanın nüvə silahından imtina edəcəyinə inanan varmı?”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, BMT-də nüvə silahının tam qadağası üzrə Konvensiyanın hazırlanmasına dair konfrans keçirilir. ABŞ, Böyük Britaniya və Fransa konfransda iştirak etməkdən imtina ediblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook