SON XƏBƏR

Novruz Məmmədov Tacikistanın Prezidenti ilə görüşüb

İyun 15
10:25 2019
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammiti çərçivəsində Azərbaycanın Baş naziri Novruz Məmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında görüş olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, E.Rəhmon Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əsasda hökumətlərarası əməkdaşlığın səviyyəsindən və keyfiyyətindən məmnun olduğunu bildirib.
Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat və nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, əlaqə, elm, təhsil, mədəniyyət və turizm sahələrində Tacikistan və Azərbaycan arasında hökümətlərarası əməkdaşlığa dair vacib məsələləri nəzərdən keçiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook