SON XƏBƏR

Novruz Məmmədov Milli Məclis üzvlərinə təşəkkür edib

Mart 16
06:34 2019
"Mən bütün tövsiyə və təkliflərin, iradların nə qədər əhəmiyyətli olduğunu bilirəm”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı baş nazir Novruz Məmmədov bildirib.

"Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm. Bunu bilin ki, bəzi məsələlərlə bağlı artıq işlər gedir. Amma mən söz vermirəm ki, qaldırılan məsələlərin hamısı həll olunacaq. Bununla belə sizə təşəkkürümü bildirirəm və qeyd etmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdə Milli Məclisin böyük rolu var” , - deyə hökumət başçısı qeyd edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook