SON XƏBƏR

Novruz bayramında Naftalanın kurort-sanatoriya və otellərində boş yer qalmayacaq

Mart 07
09:41 2017
Novruz bayramına sayılı günlər qalsa da, Naftalanın kurort-sanatoriya və otellərində nömrələrin əksəriyyəti yerli və xarici turistlər tərəfindən əvvəlcədən sifariş edilib.
 
Bu barədə AZƏRTAC-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 
Bildirilib ki, Bahar bayramını daha mənalı və yaddaqalan keçirmək istəyən turistlər Naftalan şəhərinin otel, kurort-sanatoriya mərkəzlərinin təşkil etdiyi əyləncəli proqramlara böyük həvəs göstərirlər. Şəhərdəki "Çinar” otelində 353, "Qarabağ” otelində 264 yerin hamısı qabaqcadan sifariş verilib. "Qaşaltı” otelində isə 342 yerdən 80 faizi sifariş əsasında tutulub.
 
Yazın gəlişini Naftalandakı istirahət mərkəzlərində qarşılamaq istəyənlərin 40 faizi əsasən keçmiş sovet məkanı ölkələrindən olan turistlərdir. Həmçinin ərəblər və müxtəlif Avropa ölkələrindən olan xarici qonaqlar da Novruz axşamını bu şəhərdə qarşılamağa üstünlük verirlər.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook