SON XƏBƏR

Njdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya baş prokuroruna müraciət olunub

Mart 31
15:57 2020
Rusiyadakı Azərbaycan diasporu ermənilərin "yerkramas.org" saytının bağlanması və rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya Federasiyasının baş prokuroruna müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayəti Regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun adından baş prokuror İqor Krasnova göndərilə müraciətdə faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrini özünə şüar seçən "yerkramas.org" saytının bağlanması və rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb olunması xahiş olunur.

Müraciətdə indiyə kimi Azərbaycan diasporunun "Yerkramas"ın fəaliyyətini dayandırması istiqamətində gördüyü işlər də açıqlanıb. Bildirilib ki, çoxmillətli Rusiyada milli zəmində ədavəti qızışdırdığı iddiası ilə saytın bağlanılması və rəhbərliyinin haqqında tədbir görülməsi üçün "Roskomnadzor"a müraciət olunub. "Roskomnadzor"un həmin müraciətə cavabında "yerkramas"ın Krasnodar diyarının Pervomaysk rayon məhkəməsinin 2016-cı il 14 noyabr tarixli qərarı ilə KİV qeydiyyatı şəhadətnaməsi ləğv edilib. Məlum olub ki, həmin dövrdən ermənilərin feyk məlumatlar yayan saytı KİV kimi Rusiyada qeydiyyatda deyil. Ona görə də, saytın fəaliyyətinə "Roskomnadzor”un nəzarət etməsi mümkün deyil.

Bu səbəbdən Azərbaycan diasporu Rusiya Baş prokurorundan ekstremist fəaliyyətə çağırış edən "yerkramas.org" saytına girişin məhdudlaşdırılmasını, saytın rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb edilməsini, saytda gedən materialların ekstremist hesab olunmasını xahiş edib.

Bundan başqa, Azərbaycan diasporu baş prokurordan faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrinin bundan sonra heç bir KİV və QHT tərəfindən istifadə olunmaması üçün ekstremist fikirlər siyahısına salınmasını xahiş edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook