SON XƏBƏR

Nizami Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

Fevral 25
18:41 2020
25 fevral 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 277 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 80, 80a, 86 və 92 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Səyyar qəbulda sakinlərin problemləri İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.
 
Qlobal.az 
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook