SON XƏBƏR

Nikolay Yankov: Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən təbii qazı təmin edəcək

İyun 13
17:43 2018
Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən təbii qazı təmin edəcək.

Bu sözləri iyunun 13-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

O bildirib ki, Bolqarıstan və digər region ölkələri ilk dəfə təbii qazı şimaldan yox, şərqdən idxal edəcək: "Azərbaycan təbii qazı qitədə mənbələrin şaxələndirilməsinə səbəb olacaq. Bolqarıstan hər zaman Cənub Qaz Dəhlizini dəstəyini ifadə edib. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) isə Azərbaycan təbii qazının Bolqarıstana nəqlinə xidmət edəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook