SON XƏBƏR

Nigeriya hərbçiləri ilə "Boko Haram" döyüşçüləri arasında atışma olub: ölənlər var

İyul 12
06:11 2017
Nigeriyada "Boko Haram" qruplaşmasının hərbçilərə hücumu zamanı 3 hərbi qulluqçu həlak olub.
 
"Report" xəbər verir ki, bu barədə "Agency France Presse" mənbəyə istinadən məlumat yayıb.
 
Məlumata görə, hadisə ölkənin şimal-şərqində baş verib. Belə ki, silahlılar Kamerunla sərhəddə yerləşən Qvoza şəhəri yaxınlığında hərbçilərə atəş açıblar.
"Əsgərlərin konvoyu (müşahidə edən dəstə) və drujinaçılar Hambaqda kəndində "Boko Haram" terrorçularının pusqusuna düşüb. Nəticədə 3 əsgər həlak olub" – deyə ordu nümayəndələrindən biri bildirib.
 
Atışma zamanı həmçinin iki silahlı da məhv edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook