Niderlandda yaşayan türklərin yaratdıqları partiya parlamentdə 3 yer qazanıb
Mart 16
12:39
2017
Niderland krallığının vətəndaşı olan türklər ötən gün keçirilən parlament seçkilərində 3 deputat yeri qazanıblar.
"Report” Hürriyet-ə istinadən xəbər verir ki, türk deputatların qurduğu DENK Partiyasının parlamentdə 3 deputatla təmsil olunması təmin edilsə də onların millət vəkillərinin sayının 5-ə çatacağı ehtimalı var.
Bu partiyanı Hollandiya Leyboristlər Pariyası üzvlüyündən çıxarılan türk deputatlar - Tunahan Kuzu və Səlcuq Öztürk qurub. DENK Partiyası 2015-ci il fevralın 9-da təsis edilib. Bu siyasi təşkilat daha çox krallıqdakı etnik azlıqların haqlarını müdafiə edir.
Tunahan Kuzu və Səlcuq Öztürk 2014-cü il noyabrın 14-də Leyborist Partiyasının inteqrasiya siyasətinə səs vermədikləri üçün təşkilatdan çıxarılıb. Noyabrın 15-də türk millət vəkilləri partiyanın siyasətinin daha da sərtləşdiyini və ifrat sağ meyilləndiyini bəyan edərək, bu prosesə qarşı yeni bir hərəkat quracaqlarını bəyan ediblər. Flamand dilində "DENK” sözünün mənası "Düşün” deməkdir.