SON XƏBƏR

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

İyun 27
12:00 2017
Niderlandın Bruk kəndində yerləşən tövlənin damına yaşı 4,5 milyard il olan meteorit düşüb.
 
"Report" xəbər verir ki, bu barədə "Dutch News" portalı yazıb. KİV-in məlumatına görə, daş hələ yanvar ayında düşüb, lakin alimlər onun xassəsini indi müəyyən ediblər.
 
Qeyd olunur ki, tövlə sahibləri çəkisi təqribən 500 qam olan meteoriti aşkar edərək Leyden şəhərinin təbii elmlər muzeyinə təhvil veriblər. Onun dəyəri 1000 avro məbləğində qiymətləndirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook