SON XƏBƏR

"Nida"çı fəal 30 sutka həbs edilib

Yanvar 17
13:25 2017
"Nida" gənclər təşkilatının fəalı Rəhim Vəliyev 30 sutka inzibatı həbs edilib, vəkil Cavad Cavadov BBC Azərbaycancaya bu barədə hələ şifahi məlumat aldığını bildirib.

"Təfsilatını hələ bilmirəm. Nərimanov rayon məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarı ilə Vəliyev Rəhimə 30 sutka inzibati həbs verilib", vəkil bildirib ki, çərşənbə axşamı qərardan şikayət verəcək.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya Rəhim Vəliyevin həbsindən xəbərsiz olduğunu deyib.

Bazar ertəsi Rəhim Vəliyevin ailəsi dostlarına məlumat verib ki, o, "səhər saat 11-də çörək almağa çıxıb və evə qayıtmayıb", hərəkat üzvü Samir Əsədli BBC Azərbaycancaya bildirib.
 
Cənab Əsədli deyir ki, fəalın ailəsi Daxili İşlər Nazirliyinin 102 - Qaynar Xəttinə zəng etdikdən sonra təxminən axşam 6-dan sonra evə polis gəlib.

"Biz də getdik ora, 4 polis nəfəri idi, Rəhimin telefonunu və noutbukunu götürdülər. Soruşduq, dedilər ki, 102-ə məlumat vermisiniz, onu tapmaq üçün lazımdır".

Daha iki saat sonra isə Vəliyev ailəsinə zəng edərək Nərimanov rayon 18-ci polis idarəsində olduğunu və ona 15 sutka həbs verildiyini deyib, Samir Əsədli qeyd edib.

Rəhim Vəliyevin hansı maddə ilə ittiham olunduğunu hələlik bəlli olmasa da, cənab Əsədli fəalın son yazdığı Facebook statusunda hakimiyyəti tənqid etdiyini deyir.

Rəhim Vəliyev tələbədir, Türkiyədə təhsil alır (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook