Cəmiyyət

Bakıda ağacları kəsib yerində bina tikirlər - VİDEO

4 İyun 2018 21:24
1 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 2 binanın sakinləri aparılan tikinti işlərindən narazıdır.

Milli.Az bildirir ki, söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı ərazidən gedir.

Sakinləri narazı salan səbəb binalarının yaxınlığında aparılan tikinti işidir. Onlar iddia edirlər ki, bir müddət əvvəl burada olan ağaclar kəsilib. Indi də həmin ərazidə bina tikilməsi üçün qazıntı işlərinə başlanılıb.

Sakinlər iddia edirlər ki, burada 13 mərtəbəli bina tikiləcək. Onların sözlərinə görə, bu hal yaxınlıqdakı beşmərtəbəli binalarda yaşayanlara ciddi problemlər yaradacaq.

Sakinləri narazı salan tikinti işlərini "TFM Smart Project" MMC aparır. Şirkətin eskiz layihəsinə görə, ərazidə 4+ mansard tipli yaşayış binası inşa ediləcək. Şirkətdən bildirildi ki, həmin ərazidə tikinti aparmaq üçün hazırlanan layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Bununla bağlı müvafiq icra hakimiyyəti tərəfindən sərəncam da verilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ağacları kəsib yerində bina tikirlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.