SON XƏBƏR

Nəticələr açıqlandı: Böyük Britaniyada iqtidar partiya hökuməti təkbaşına qura bilmir

İyun 09
07:31 2017
Böyük Britaniyada keçirilən parlament seçkilərində səsvermə baş çatıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla 22.00-da (Bakı vaxtı ilə 01.00-da) bağlanıb. 

Səsvermənin yekun nəticələri iyunun 9-da elan ediləcək. 

Seçkilərin yekunlarına əsasən Nazirlər Kabinetinin tərkibi müəyyən ediləcək və parlamentin İcmalar Palatası formalaşdırılacaq. Seçkilər ərəfəsi keçirilmiş sorğular seçicilərin Leyboristlər Partiyasından daha çox Mühafizəkarlar Partiyasına üstünlük verdiyini (4-9%) müəyyənləşdirib.

Seçilən parlamentarilər iyunun 13-də and içəcəklər. Yeni parlament kraliçanın iştirakı ilə keçiriləcək rəsmi mərasimdən sonra iyunun 19-da işə başlayacaq.
 
***
Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində, "exit poll"un nəticələrinə görə, İcmalar Palatasında əksəriyyəti itirməklə Mühafizəkarlar Partiyası liderlik edir.
 
"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir Tereza Meyin rəhbərlik etdiyi Tori (Siyasi partiya) parlamentdə 314, Viqi isə 266 yer almaqdadır.
 
***
 
Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində iqtidar partiyası təkbaşına hökumət qurmaq üçün lazım olan 326 deputat sayına çata bilməyib.
 
Musavat.com-un məlumatına görə, hakim Mühafizəkarlar partiyası parlamentdə 314 yer ala biliblər. Ana müxalifətdəki İşçi Partiyası 266 deputatla parlamentdə təmsil olunacaq.
 
Qeyd edək ki, 2015-ci ildə keçirilən parlament seçkilərində Mühafizəkarlar partiyasının 330 deputatlığa namizədi uğur qazanmış və partiya təkbaşına hökuməti qurma yetkisinə sahib olmuşdu.
 
Xatırladaq ki, seçkilərdə ümumilikdə 47 milyon vətəndaş səs verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook