SON XƏBƏR

Nərimanovda bir qrup sakin aksiya keçirdi – Səbəb

İyun 18
15:59 2019
Bu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar.

Qlobal.az Sputnik.az-a istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 2017-ci ildə onların yaşadıqları bina sökülüb və həmin ərazi adıçəkilən şirkət tərəfindən alınıb: "Bizə dedilər ki, həmin ərazidə yeni bina tikiləcək. Amma hələ ki, burada bir bina tikilməyib. Binamız söküləndə bizə dedilər ki, yaxın zamanlarda evlə təmin olunacağıq. Lakin bu günədək biz mənzillə təmin olunmamışıq. Heç bizim kirayə pulumuz da vaxtında ödənilmir”.

Sökülən binalar 2 və 4 mərtəbəli köhnə tikililər olub.

Qeyd edək ki, aksiyada yüzədək sakin iştirak edib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook