SON XƏBƏR

"Nərgiz mükafatı" təqdim olunacaq

Dekabr 26
18:37 2017
Sabah, dekabrın 27-i saat 15:00-da Müsavat Partiyasının qərargahında "Nərgiz’ mükafatının təqdimatı keçiriləcək. 

Arqument.Az xəbər verir ki, bu barədə Müsavat Partiyası gənclər təşkilatının üzvü Səma Qəbulova məlumat yayıb. 

"Bildiyiniz kimi, dekabrın 28-i Nərgiz Yaqublunun doğum günüdür. Bu gün münasibəti ilə mükafat Azərbaycanın demokratikləşməsi uğrunda çarpışan şəxslərə verilir. Bu mükafat Nərgiz ruhlu insanlara verilməklə Nərgizi yaşadır və yaşadacaq. Qeyd etdiyim tarixdə mükafat sahibinə təqdim ediləcək. Mükafatın sahibi isə həmin gün elan ediləcək", - bildirib.  

"Nərgiz mükafatı” 2015-ci ildə təsis olunub. Mükafat ilk dəfə hazırda həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadəyə verilib.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, 2013-cü ildə həbs edilib. Beynəlxalq Amnistiya Təşkilatı gənc fəalı "vicdan məhbusu” elan edib.

2016-cı ildə isə mükafata "heykəl məhbusları” kimi tanınan nidaçılar - Qiyas İbrahimov və Bayram Məmmədov layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook