SON XƏBƏR

"Neftemaş" şirkəti Bakıda nümayəndəlik açıb

May 20
17:20 2020
Neft-qaz kompleksi üçün texnoloji avadanlıq istehsalçısı olan Rusiyanın "Neftemaş” Səhmdar Cəmiyyəti Bakıda nümayəndəlik açıb.

"APA-Economics”in məlumatına görə, bunu Tümen və Azərbaycan sahibkarları üçün "Caspian European Club” tərəfindən təşkil olunan onlayn forum zamanı "Neftemaş”ın Satış departamentinin direktorunun müavini Yevgeni Kalunin deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə "Neftemaş” məhsullarının fərdi dəstlərinin satışına start veriləcəyi gözlənilir: "Biz hazırda SOCAR-ın "Azneft” və "Azəriqaz” istehsalat birlikləri ilə neft-qaz, kimya və ətraf mühit sahələri üzrə əməkdaşlığı nəzərdən keçiririk. Bundan başqa, biz Azərbaycanda layihələrin maliyyələşdirilməsi ilə bağlı Rusiya Ekspert Mərkəzi ilə əməkdaşlığa başlamışıq. Bunun icrası ölkədəki müvafiq tənzimləyicisinin mövcudluğundan asılıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook