SON XƏBƏR

"Neft Daşları"nda işləyən neftçilərə niyə keyfiyyətsiz çörək verilir? - Komitə sədrindən etiraz (Foto)

Fevral 23
17:51 2017
"Neft Daşları"nda "Xəzər iaşə"nin işçilərə verdiyi çörəklər çox keyfiyyətsizdir"

Bu barədə mia.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O, sözügedən idarənin işçilərinə istinadən bildirib ki, işçilərə verilən qara çörək kərpicdən fərqlənmir. Üstəlik, həddən artıq keyfiyyətsizdir:

"Həmin çörəklərdən mənə gətiriblər. Çörəklərə o qədər maya vurublar ki, turşumuş iy otağımı bürüyüb. İşçilər deyir ki, rəislərə bişirilən çörəklər iri və keyfiyyətlidir. İndi düşünürəm, ofisimdə olan bu çörəkləri kimə göndərim: Rövnəq Abdullayevə, Daşqın İsgəndərova, yoxsa "Xəzəriaşə"nin gözəgörünməz şefinə?!".
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook