SON XƏBƏR

Nəcməddin Sadıqov NATO-nun toplantısında iştirak edib

May 17
21:49 2017
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin "Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook