SON XƏBƏR

Nəcməddin Sadıkov Rusiyaya səfər edəcək

Mart 11
14:03 2017
Martın 15-də Moskvada MDB ölkələri silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.

APA-nın MDB-nın saytına istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında keçiriləcək konfrans terrorçuluqla mübarizə məsələlərinə həsr olunub.

Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus və Özbəkistanın baş qərargah rəisləri iştirak edəcək.

Beynəlxalq konfrans MDB ölkələri Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlərdən birincisidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook