SON XƏBƏR

Nebenzya: “Rusiya özü ilə ultimatum dilində danışmağa imkan verməyəcək”

Mart 15
02:01 2018
Rusiya Böyük Britaniyaya özü ilə ultimatum dilində danışmağa imkan verməyəcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.
 
"Bizdən ultimatum şəklində sutka ərzində günahımızı etiraf etməyi tələb etdilər. Biz heç kimlə ultimatum dilində danışmırıq və bu tonda bizimlə danışmağa imkan verməyəcəyik”, deyə TŞ-nin iclasında çıxış edən V.Nebenzya deyib.
 
Onun sözlərinə görə, rəsmi Moskva Böyük Britaniyadan cinayətdə istifadə edilən maddənin nümunələrini təqdim etməyə xahiş edib, lakin Londondan rədd cavabı alıb.
 
Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
 
Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış "Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib. Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook