SON XƏBƏR

Nə qədər azərbaycanlı Almaniyadan sığınacaq istəyib? - STATİSTİKA

Avqust 17
13:45 2019
2014-cü ildən 2019-cu ilin ilk 6 ayına kimi Almaniyadan sığınacaq istəyənlərin sayı 14471 nəfərə çatıb. 

CİVİL AZERBAİJAN Almaniyada fəaliyyət göstərən "Leqat” inteqrasiya mərkəzinin statistik məlumatına istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında Almaniyadan sığınacaq istəyən Azərbayan vətəndaşlarının sayı 999 nəfər olub. 

2018 -ci ildə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 

2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün BAMF-a müraciət edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook