SON XƏBƏR

Nazirliyinin 3000 manat cərimələdiyi "Tərəqqi" medallı Əhliman Mansurov kimdir? - Şok iddia

Oktyabr 19
18:26 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb. 

Qlobal.az qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı "Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib. 
 
Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. 

***
Qlobal.az bu gün 3000 manat cərimələnən "Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov haqda maraqlı məlumat əldə edib. 
 
Məlumata görə, Əhliman Mansurov "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova xüsusi yaxınlığı seçilən idarə müdirlərindəndir. Əhliman Mansurovun rəhbərlik etdiyi idarənin adı cürbəcür maxinasiyalarda da hallanıb. Belə ki, sabiq nazir Eldar Mahmudova yaxın şəxslərin obyektlərindən su pulu alınmaması ilə yanaşı, Qaçqın və Məcburi Köçkünlərə artıq su borcu yazıldığı ilə bağlı mediada zaman-zaman informasiyalar gedib. 
 

 
Bu ilin mart ayında "Gündəm-Xəbər" yazırdı: "2013-cü ildən bu günə kimi məcburi köçkün ailəsinin hər üzvünə 5 kub içməli təmiz su verilirdisə və verilən hər kub suya görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ayrılan vəsait Qaradağ rayon Su-Kanal İdarəsinə köçürülürdüsə, bu heç vaxt hansısa söz-söhbətin əmələ gəlməsinə də səbəb olmurdu.

Amma, bu gün yeni rəhbərliyin atdığı addımların nəticəsində "yeni ocaq”lar yanmağa başlayıb. Çünki hər bir köçkün ailəsinin üzvü ay ərzində verilmiş normadan az miqdarda içməli su işlədirsə, deməli ona aid Su-Kanal İdarəsinin balansında xeyli miqdarda vəsait qalır.

Əslində həmin vəsait dövlət tərəfindən ödənildiyi üçün, toplanmış vəsaitlər məcburi köçkün ailəsinin hər bir üzvünə çatmalı və həmin şəxş də, toplanmış vəsaitdən istədiyi formada istifadə etmək hüququna malikdir.

Qaradağ rayon Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkünlərin yaşadıqları mənzillərə gedir və içməli sudan istifadəyə görə borc əmələ gəldiyini də bildirirlər.
Hətta, bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar. Düzdür, 2017-ci ildə məcburi köçkünlərin kommunal xidmətlərdən istifadəyə görə imtiyazları ləğv edildi.

Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə içməli təmiz suya görə ödənilmiş vəsaitlərin xeyli hissəsi Qaradağ rayon Su-Kanal İdarəsinin balansında qalsa da, yeni rəhbərlik toplanmış vəsaitləri sahiblərinə verməkdən imtina edir. Bu da məcburi köçkün ailələrinin haqlı narazılığına səbəb olmaqdadır.

Faciə odur ki, Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkün ailələrinə borc yazarkən onu da bildirirlər ki, "heç də narahat olmayın, yazılmış borcları mart ayında siləcəyik”. O halda sual oluna bilər ki, bu cür addım nəyə əsaslanıb atılacaq?

Ötən illər ərzində yığılıb qalan və məcburi köçkünlərə verilməli olan təqribən 20-30 min vəsaitin, Qaradağ rayon Su-Kanal İdarəsi tərəfindən mənimsənilməsinə hesablanmış addımdır".

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il  iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə Əhliman Mansurov "Tərəqqi” medalı ilə təltif olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook