SON XƏBƏR

Nazirliyin sabiq xanım işçisi məhkəmə uşağı ilə gəldi: "Düşdündüm ki, həbs ediləcəm"

Oktyabr 17
12:31 2017
Təhsil Nazirliyinin sabiq əməkdaşının məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin əməkdaşı olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə məlum olub ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 9 il cəza istəyib.
Prosesdə hakim Mirzə Xankişiyev təqsirləndirilən şəxslərə son söz üçün bir həftə vaxt verildiyini bildirib.
Hakim məhkəməyə azyaşlı uşağı ilə gələn A.Bağırovaya da xəbərdarlıq edib və bir daha məhkəməyə uşağı gətirməməsini tapşırıb. A.Bağırova isə, bu gün həbs ediləcəyini düşündüyü üçün uşağını gətirdiyini deyib: "Bu gün məhkəmə zalından həbs ediləcəyimi düşündüm. Ona görə uşağı gətirdim ki, həbsxanaya aparım".
Növbəti məhkəmə prosesi oktyabrın 24-ə təyin edilib.
S.Mansurova 5 dil bildiyini, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib. YAP-ın, Seçki Komissiyasının üzvü olub.
İttihama görə, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.
S.Mansurova Aytəkin Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.
Aralarında yaran münasibətdən sonra Aytəkin Bağırova ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyibmiş.
S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
Qeyd edək ki, S.Mansurova həbsdədir. A.Bağırova barəsində isə həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook