SON XƏBƏR

Nazirliyin sabiq şöbə müdirinin Avropadakı əmlakı - SƏNƏD

Yanvar 21
11:30 2021
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Elnur Həmid oğlu Süleymanov ötən ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib". 

Bunu Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, OYS - Odlar Yurdu Sığorta şirkətinin adının abreviaturasıdır: "Şirkət biznes təsnifatına görə sığorta sahəsində fəaliyyət göstərir. Elnur Süleymanoun ixtisasca həkim işləyən anası Nəzakət Süleymanova Akif qızı 2014-cü ildə qeydiyyatdan keçmiş "ODLAR YURDU SIĞORTA BROKERİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir".

Onun sözlərinə görə, 3 il əvvəl onun adı ötən il iflas elan edilmiş "Əmrahbank"la məhkəmə çəkişməsində keçib: "Elnur Süleymanov nazirlikdəki vəzifəsindən əvvəl Rusiyada müxtəlif sığorta şirkətlərində çalışıb, bizneslə məşğul olub, Çexiyanın məşhur Karlovi-Varı kurort şəhərində onun və ailə üzvlərinin daşınmaz əmlak şirkəti var".
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook