SON XƏBƏR

Nazirlik şübhəli xəstələrlə bağlı açıqlama yaydı

Fevral 11
10:57 2020
Yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında deyilir.

"Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Vuhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti 12 fevralda bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook