SON XƏBƏR

Nazirlik: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Noyabr 24
15:15 2018
Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Bu barədə virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunur. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Qeyd edək ki, ötən gün yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilmişdi. Həmçinin sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınmışdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook