SON XƏBƏR

Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı qərar vermədi

İyun 08
14:41 2018
Avropa Məhkəməsinə ReAL sədri barədə suallar ünvanlanıb

Avropa Şurası Nazirlər Komitəsinin iyunun 5-7-də keçirilən toplantısında ReAL sədri İlqar Məmmədovun işi üzrə qərar verilməyib. 

Ancaq komitə Avropa İnsan Haqları Məhkəməsinə sual ünvanlayıb.

Komitə Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini, yəni Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsini yerinə yetirib-yetirmədiyini soruşur. Avropa Şurasından verilən məlumatda bu məsələnin hələ də məhkəmə tərəfindən nəzərdən keçirildiyi bildirilir.

Qafqaz Məmmədov, Mahmudov və Ağazadə işlərinə gəlincə, deputatlar hakimiyyəti bu işlər üzrə yubanmadan informasiya verməyə, hərtərəfli tədbirlər planı təqdim etməyə çağırırlar. (azadlıq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook