SON XƏBƏR

Nazirlər Kabinetində dəyişiklik: şöbələrin sayı azaldıldı

İyun 04
16:30 2018
Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.

Bundan başqa, Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır.

NK-nın Aparat rəhbəri vəzifəsi əvvəlki kimi Ağabala Hacıyevə tapşırılıb. Tofiq Sarıcalinski, Natiq Əzizov və Sabir Bayramovisə Baş nazirin köməkçisidirlər. Hər üç şəxs sabiq Baş nazir Artur Rəsizadənin də köməkçiləri olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook