SON XƏBƏR

Nazirin universitetinə ayrılan pullar kimin cibinə gedir?

İyul 24
10:39 2017
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova məxsus olan "Qərb Universiteti" 2016/2017-ci təhsil ili üçün reklama külli-miqdarda pul ayırıb.


Kivnews.com-un məlumatına görə, universitet cari təhsil ilində yeni strategiya tətbiq edib. Belə ki, bundan öncə mətbuatda haqqında yalnız neqativ xəbərlər gedən və abituriyentlərin "qara siyahısına" düşən universitet siyasətini dəyişmək qərarına gəlib. Bu ildən etibarən Qərb Universiteti media ilə sıx əməkdaşlığa başlayıb.
Məlumata görə, bu birbaşa nazirin tapşırığı ilə baş tutub. Universitetin gələcəyinə həssas yanaşan və innovativ layihələrə dəstək olan Hüseynqulu Bağırov bu təklifi dəstəkləyib və mediaya külli-miqdarda vəsait ayırıb. Buna səbəb bir müddət öncə açıqlanan universitetlərin media ilə əməkdaşlığı siyahısı olub, adıçəkilən universitet həmin siyahıda sonuncu yer olub. 
 
Universitet rəhbərliyi bundan sonra naziri inandıra biliblər ki, mediaya külli-miqdarda pul ayırsalar universitetin nüfuzu qalxacaq. Ancaq onlar hələ də abituriyentlərin rəğbətini qazana bilməyib. Buna bariz nümunə kimi universitetin rəsmi "facebook" səhifəsini göstərmək olar. Universitetin sosial şəbəkədə cəmi 9 min bəyənmə sayı var. Statistika həvəskarları üçün qeyd edək ki, 9 min bəyənmə toplamaq üçün cəmi 100 dollar tələb olunur. Müasir dövrümüzdə tələbə və abituriyentlərlə ən sıx əlaqə də məhz sosial şəbəkədə baş tutur, ancaq görünür "Qərb Universiteti"nin qərbə inteqrasiya olunmaq fikri yoxdur. 
 
Qərb Universitetində daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, media işi həvalə olunan şəxslər reklamı yalnız özünə yaxın olan şəxslərə, hətta qohumluq əlaqəsi prinsipi ilə verir. Çox güman ki, hörmətli nazirin bundan xəbəri yoxdur və həmin şəxslər də nazirin etibarından sui-istifadə edirlər.
 
Məsələylə bağlı universitetlə əlaqə saxlamağa cəhd etsək də, "facebook" səhifəsində göstərilən nömrəyə cavab verən tapılmadı. Artıq bir neçə aydır ki, universitet daxilində göstərilən 492-74-18 nömrəli telefona cavab verən yoxdur. Çox güman ki, universitet rəhbərliyi, abituriyentlərdən çox, mediaya ayrılan pullardan öz maraqlarına uyğun istifadə etməyi düşünür. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook