SON XƏBƏR

Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı yeni əmr verdi

İyul 10
09:26 2020
Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.

Qlobal.az Unikal.org-a istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azadolunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook