Nazir prezidenti aldadıb? - “Palmalar bir gün sonra yoxa çıxdı”
İyun 18
11:19
2019
Bakıda Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (Semaşko Xəstəxanasının) həkimi sensasion açıqlama verib.
Turan İnformasiya Agentliyinə danışan həkimlərdən biri xəstəxanada olan problemlər haqda məlumat verib. Amma ən maraqlı məqam onun mərkəzin əsaslı təmirindən sonra keçirilən açılış mərasimi ilə bağlı dedikləri olub.
Həkim qeyd edib ki, prezident İlham Əliyevin "Semaşko xəstəxanasının" təmirdən çıxmış tibbi binasında açılış etdiyi gün mərkəzin həyətində iki gözəl palma ağacı əkilib. Lakin açılışın səhəri gün həmin bahalı ağaclar yoxa çıxıb.