SON XƏBƏR

Nazir: “Neft razılaşmasının müddəti uzadılacaq”

May 25
00:44 2017
Neft hasilatının azaldılmasına dair iştirakçı ölkələr razılaşmanın müddətinin daha 9 ay müddətinə uzadılmasını dəstəkləyir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Küveytin neft naziri Əssam əl-Marzuk bəyan edib.

"Hazırda razılaşmanın əleyhinə hər hansı ölkədən etiraz yoxdur”, deyə nazir bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Vyanada keçirilən görüşdə OPEC ölkələri qiymətlərin sabitləşməsi məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldımasına dair razılığa gəliblər. Razılaşmanın uzadılması məsələsinə mayın 25-də OPEC-in Vyanada keçiriləcək sammitində baxılacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook