SON XƏBƏR

Nazir müavini: "Almaniyada 4 min qeyri-qanuni yaşayan vətəndaşımız var"

May 19
13:43 2020
"Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 1 500 nəfərin Almaniyanın müavfiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb:

"2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.

Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar:

"Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook