SON XƏBƏR

Nazir: İşdən azad olunanlar məşğulluq portalında qeydə alınacaq

Avqust 07
14:36 2018
Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Hər hansı vətəndaş işdən azad olunduğu anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınacaq və ona vakant vəzifə təqdim ediləcək.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, aparılan islahatların əsas məqsədlərindən biri dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığının təmin olunmasıdır.

Bu istiqamətdə mühüm addım kimi məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması işləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook