SON XƏBƏR

Nazir daha bir polkovniki işdən çıxardı

Yanvar 28
14:17 2021
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.

Qlobal.az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.

V.Nuriyev "MMX-nın rəisi" kimi tanınıb.

Bu yaxınlarda onun 55 yaşı tamam olub. V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook