SON XƏBƏR

Nazir: “Azərbaycanın qeyri-neft idxalında Rusiya I yeri tutur”

Dekabr 25
17:37 2017
Bu gün Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iqtisadi əlaqələrin inkişafı üçün yenə də böyük potensial var.

"Əlaqələrimiz bütün istiqamətlərdə inkişaf edir. Humanitar sahədə də əməkdaşlıq genişlənir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ildə Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 3-cü yeri tutur. Azərbaycana idxalda isə Rusiya I yerdədir. Həmçinin, Azərbaycanın qeyri-neft idxalında da Rusiya I yeri tutur", - deyə nazir əlavə edib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, Rusiya şirkətlərinin bu il Azəbaycanda invesitisiyaları 1,5 mlrd. dollar təşkil edib.
"Report"






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook