SON XƏBƏR

Nazir 6 şöbə müdirini işdən çıxarıb

Sentyabr 11
12:34 2019
6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.

Qlobal.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil işçilərinin respublika konfransında çıxışı edən nazir bildirib ki, il ərzində işdən kənarlaşıdılan şöbə müdirləri işlərində nöqsanlara yol veriblər. 

Nazir əlavə edib ki, 10 nəfər rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbərləri işlərində yol verdikləri nöqsana görə barələrində intizam tədbirləri tədbiq edilib: "8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin müqaviləsinə xitam verilib. 29 direktor və 37 direktor müavini barədə intizam tədbirləri tədbiq edilib. 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman davamlı şəkildə nəticələrinin aşağı olması səbəbindən onların müqavilələri uzadılmadı. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi və həssas yanaşmalıyıq. Nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook