SON XƏBƏR

Nazarbayev satqın generalın qardaşını da cəzalandırdı

Oktyabr 10
12:50 2017
Astananın Yesilski rayon məhkəməsi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin qardaşı Rüstəmbek Dutbayevi həbs edib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti” agentliyi yayıb. Agentlik Dutbayev haqqında 2 aylıq həbs qərarı verildiyini bildirib. Rüstəmbekin nədə ittiham olunduğu hələ də bilinmir.
 
Qeyd edək ki, Qazaxıstan MTK-nın keçmiş rəhbəri Nartay Dutbayev sentyabrda həbs olunmuşdu. O, dövlət sirrini yaymaqda ittiham edilərək 7,6 il azadlıqdan məhrum edilmişdi. Onun həmçinin general-leytenant rütbəsi də əlindən alınmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook