SON XƏBƏR

Naxçıvanlı gənc Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib

İyun 05
15:30 2016
Azərbaycan Qol Güləşi Federasiyası növbəti uğuruna imza atmışdır!

May ayının 22-də Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Avropa Armrestlinq Federasiyasının növbəti konfransında AQGF-nın prezidenti Cəsarət Əhmədov Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 21-29 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Qol güləşi üzrə XXVI Avropa çempionatının və para-armrestliq üzrə XIX Avropa çempionatının gedişi İdman Azərbaycan TV kanalı ilə geniş şəkildə işıqlandırılmış, yarışın final görüşləri isə kanalın efirində canlı yayımlanmışdır.

Federasiyanın uğurları bu nailiyyətlə tamamlanmamışdır. Yarışların artıq ilk günündən yığma komanda hesabına medallar yazılmağa başlamışdır. Aşağıda idmançıların yarışlarda əldə etdikləri nailiyyətləri təqdim edirik:

Ramazan Rüstəmov – 21 yaş – 65 kq – sol əl – I yer;

Neymət Vəkilov – 21 yaş – 60 kq – sol əl – II yer;

Hüseyn Əmənli – 21 yaş – 65 kq – sol əl – II yer.

Əmənli Hüseyn – 21 yaş – 65 kq – sağ əl – I yer;

Minabəddin Qurbanov – Senyor Grand Master – (+ 100 kq) – sağ əl – II yer;

İskəndər Mustafayev – 18 yaş – 55 kq – sağ əl – III yer;

Ramazan Rüstəmov – 21 yaş – 65 kq – sağ əl – III yer.

Vilayət Namazzadə – fiziki qüsrlu idmançılar – III yer;

Zülfü Quliyev – fiziki qüsurlu idmançılar – III yer.

Həmçinin may ayının 30-u yığma komandanın Vətənə dönüşü də yerli televiziya kanalları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qeydə alınmış, Azərbaycan Qol Güləşi Federasiyasının və idmançılarımızın yeni nailiyyətləri barədə ətraflı reportaj hazırlanmışdır. Aşağıda təqdim olunan video süjetlərdə həmin reportajlar əks olunmuşdur.

Əlbəttə ki, bu qələbə bütünlükdə federasiyanın uğuru olmaqla bərabər, həm də Naxçıvanlı gəncin - Cəsarət Əhmədovun şəxsi iş qabiliyyətinin, onun dünya və Avropa armrestlinq federasiyalarında sahib ola bildiyi nüfuzunun bir göstəricisidir.

Bir daha hörmətli Cəsarət müəllimi və onun timsalında federasiyanın bütün əməkdaşlarını və üzvlərini, eləcə də bütün qol güləşçilərini bu yüksək nailliyyətlə səmimi qəlbdən təbrik edirik! (NAXCİVANXEBERLERİ.COM)
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook