SON XƏBƏR

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

Dekabr 10
12:00 2018
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi dekabrın 10-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
 
Qlobal.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
 
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook